İranda baş verən qəzada 3 nəfər ölüb, 24 nəfər yaralanıb

İranda baş verən qəzada 3 nəfər ölüb, 24 nəfər yaralanıb
# 03 dekabr 2019 10:27 (UTC +04:00)

İranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Oranda Qəzvin – Zəncan maqistral yolunda baş verən zəncirvarı qəzada 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Məlumata görə, hadisə yerli vaxtla 01:58-də baş verib. Qəza nəticəsində avtobus yük maşını və bir neçə minik avtomobili ilə toqquşub.

Yaralananlardan 10 nəfərin vəziyyəti ağır olduğundan, onlar xəstəxanaya yerləşdiriliblər. 14 nəfər isə ambulator müayinə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR