İranda beş günlük qan ehtiyatı qalıb

İranda beş günlük qan ehtiyatı qalıb
# 17 noyabr 2020 16:31 (UTC +04:00)

İranda beş günlük qan ehtiyatı qalıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Qanköçürmə Mərkəzinin sözçüsü Bəşir Hacıbeygi ölkədə bildirib.

“Ölkədə yalnız beş günlük qan ehtiyatı qalıb. Bu, beynəlxalq standartlara görə normal rəqəm olsa da, Qanköçürmə Mərkəzi bütün donorları könüllü qan verməyə çağırır. Qan və qan komponentlərinə tələbat daimi və gündəlik ehtiyacdır. İnsanlar iki gün qan verməzsə, ölkənin qan təchizatı şəbəkəsi problemlə üzləşəcək”, - deyə o vurğulayıb.

İran Qanköçürmə Mərkəzinin sözçüsü qeyd edib ki, koronavirus pandemiyası qan verməyə əsas maneələrdən biridir: “Tehran vilayətində qan ehtiyatı 20-25% azalıb. Mart ayının sonundan oktyabrın ortalarınadək qan verilməsi 10% azalıb. Bu arada, 160 xəstəxananın və müalicə mərkəzinin olduğu Tehran vilayəti ölkə üzrə ən yüksək qan ehtiyatına sahibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR