İranda bir aydan sonra koronavirusdan ölənlərin sayı ilk dəfə azalmağa başlayıb

İranda bir aydan sonra koronavirusdan ölənlərin sayı ilk dəfə azalmağa başlayıb
# 16 aprel 2020 12:49 (UTC +04:00)

“İranda bir aydan sonra koronavirusdan ölənlərin sayı ilk dəfə azalmağa başlayıb və 100 nəfərdən aşağı düşüb. Bu ötən günlərlə müqayisədə ölkədə əldə olunmuş önəmli bir nailiyyətdir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Ərdəbil əyalətində səfərdə olan İran Səhiyyə Nazirinin müavini İrəc Həriçi deyib.

İ.Hərirçi qeyd edib ki, ölkənin 16 əyalətində virusa yoluxanlar gündə 0-20 nəfərdir və ötən günlər bütün əyalətlərdə virusa yoluxma halları azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR