İranda daha 304 nəfər koronavirusdan ölüb

İranda daha 304 nəfər koronavirusdan ölüb
# 14 aprel 2021 15:21 (UTC +04:00)

İranda ötən sutka ərzində 304 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 65 359 nəfərə yüksəlib.

O deyib ki, İranda ötən 24 saat ərzində 25582 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2143794 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR