İranda daha bir zəlzələ baş verib

İranda daha bir zəlzələ baş verib
# 27 yanvar 2020 19:45 (UTC +04:00)

İranın Yəzd əyalətində 4.2 bal gücündə zəlzələ olub.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ yerin 20 kilometr dərinliyində baş verib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün İranın Fars əyalətində 5.4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində xəsarət alan olmasa da, 15 kənddə evlərə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR