İranda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb

İranda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb
# 15 iyun 2020 23:30 (UTC +04:00)

İranın cənubundakı Fars əyalətində iki avtomobilin toqquşması sonradan yanğına çevrilib. Nəticədə 7 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “ISNA” agentliyi əyalətin fövqəladə hallar üzrə təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə Servestan şəhərində baş verib. Qəzada toqquşan “Nissan” və “Paykan” markalı avtomobillər sonradan yanmağa başlayıb. Nəticədə avtomobillərdəki bütün sərnişinlər, eləcə də üç uşaq ölüb.

Hazırda polis insidentin səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR