İranda inqilabın 41-ci ildönümü münasibətilə mitinqlər keçirilir

İranda inqilabın 41-ci ildönümü münasibətilə mitinqlər keçirilir
# 11 fevral 2020 11:36 (UTC +04:00)

Bu gün İranda islam inqilabının 41-ci ildönümü münasibətilə mitinqlər keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, mitinqlər eyni vaxtda ölkənin 5200 şəhər, qəsəbə və kəndində təşkil olunub.

Mitinq iştirakçıları paytaxt Tehranın 12 xiyabanından Azadlıq meydanına tərəf yürüş edirlər.

Mitinqlərdə “İstiqlal”, “Azadlıq”, “İslam Respublikası” kimi şüarlar səsləndirilir.

Paytaxtdakı mitinqin sonunda qətnamə oxunacaq və İran Prezidenti Həsən Ruhani çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR