İranda koronavirusdan ölənlərin sayı 124 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 124 nəfərə çatıb
# 06 mart 2020 15:11 (UTC +04:00)

Ötən sutka ərzində İranda daha 1234 nəfər koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə bildirən İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, bununla xəstəliyə yoluxanların sayı 4747-ə çatıb.

Onun sözlərinə görə, ötən 24 saat ərzində koronavirusdan daha 16 nəfər ölüb. Ümumilikdə ölənlərin sayı 124 nəfərə çatıb.

Koronavirusdan müalicə olunanların sayının 913 nəfərə çatdığını deyən K.Cahanpur bildirib ki, bu müddət ərzində 15 min 981 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinərək xəstəxanaya yatırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR