İranda koronavirusdan ölənlərin sayı 23157 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 23157 nəfərə çatıb
# 13 sentyabr 2020 14:31 (UTC +04:00)

İranda ötən sutka ərzində 128 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23157 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2089 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 402029 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3791 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 346242 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR