İranda koronavirusdan ölənlərin sayı 66732 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 66732 nəfərə çatıb
# 18 aprel 2021 14:14 (UTC +04:00)

İranda ötən sutka ərzində 405 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 66732 nəfərə yüksəlib. O deyib ki, İranda ötən 24 saat ərzində 21644 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2237089 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR