İranda koronavirusdan ölənlərin sayı 69 574 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 69 574 nəfərə çatıb
# 25 aprel 2021 17:24 (UTC +04:00)

İranda ötən sutka ərzində 454 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 69 574 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 19165 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 396 204 nəfərə çatıb. Virus daşıyıcılarından 5 206 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR