İranda koronavirusdan ölənlərin sayı 70 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 70 mini keçib
# 26 aprel 2021 14:30 (UTC +04:00)

İranda ötən sutka ərzində koronavirusdan 496 nəfər ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 70 070 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 21 026 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 417 230 nəfərə çatıb. Virus daşıyıcılarından 5 244 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR