İranda koronavirusdan ölənlərin sayı 72 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 72 mini ötüb
# 01 may 2021 16:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 332 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 72 090 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 17 080 nəfər koronavirusa yoluxub ki, yoluxanların ümumi sayı 2 516 157 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR