İranda mədəndə baş vermiş partlayışda 2 nəfər ölüb

İranda mədəndə baş vermiş partlayışda 2 nəfər ölüb
# 26 avqust 2020 22:19 (UTC +04:00)

İranda mədəndə partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayış İranın Sərəxs şəhərinin Ağ Dərbənd mədənində olub, nəticədə iki nəfər həyatını itirib.

Hadisə günün ikinci yarısında qeydə alınıb. Ölənlər mədən işçiləridir. Hadisə zamanı bir neçə nəfərin yaralandığı da bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR