İranda narkotik istifadəçilərinin sayı açıqlanıb

İranda narkotik istifadəçilərinin sayı açıqlanıb
# 28 aprel 2020 15:37 (UTC +04:00)

İranda il ərzində 4 min nəfər narkotik istifadəsinə görə həyatını itirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın narkotiklərlə mübarizə qərargahının katibi İskəndər Mömini deyib.

O bildirib ki, İranda 2 milyon 800 min nəfər narkotik istifadəçi var. Bu da ölkə əhalisinin 5 faizini təşkil edir.

Hər il dünyada narkotiklərin istifadəsinə görə 450 min nəfərin həyatını itirdiyini deyən İ.Mömini bildirib ki, BMT-nin hesabatına görə, bu rəqəm ABŞ-da 70 min, İranda isə 4 min nəfər təşkil edir.

O qeyd edib ki, ötən il İranda 950 ton narkotik maddə müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR