İranda ötən gün 395 nəfər koronavirusdan ölüb

İranda ötən gün 395 nəfər koronavirusdan ölüb
# 20 aprel 2021 14:00 (UTC +04:00)

İranda ötən sutka ərzində 395 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 67 525 nəfərə yüksəlib.

O deyib ki, İranda ötən 24 saat ərzində 25 492 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2 286 927 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR