İranda ötən sutka ərzində 211 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 211 nəfər koronavirusdan ölüb
# 01 oktyabr 2020 14:39 (UTC +04:00)

İranda ötən sutka ərzində 211 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 26380 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3825 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 461044 nəfərə yüksəlib. O əlavə edib ki, İranda indiyədək 383368 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR