İranda ötən sutkada COVID-19-dan 274 nəfər ölüb

#
# 15:46
12 aprel 2021

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 274 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 64 764 nəfərə yüksəlib.

Sima Sadat Lari qeyd edib ki, ölkədə ötən 24 saat ərzində 23 111 nəfər koronavirusa yoluxub və beləliklə koronavirusa yoluxanların sayı 2 093 452 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR