İranda ötən sutkada COVID-19-dan 321 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 321 nəfər ölüb
# 15 aprel 2021 14:12 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 321 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 65 680 nəfərə yüksəlib.

Nazirlik rəsmisi qeyd edib ki, ötən 24 saat ərzində 25 078 nəfər koronavirusa yoluxub və beləliklə ölkədə COVID-19-a yoluxanların sayı 2 168 872 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR