İranda son sutkada 140 nəfər koronavirusdan ölüb

İranda son sutkada 140 nəfər koronavirusdan ölüb
# 15 sentyabr 2020 13:48 (UTC +04:00)

İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23453 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2705 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 407353 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3811 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 349984 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR