İranda son sutkada 178 nəfər koronavirusdan ölüb

İranda son sutkada 178 nəfər koronavirusdan ölüb
# 22 sentyabr 2020 15:25 (UTC +04:00)

İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 24656 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3712 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 429193 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 363737 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR