İranda son sutkada 386 nəfər koronavirusdan ölüb

İranda son sutkada 386 nəfər koronavirusdan ölüb
# 31 oktyabr 2020 15:10 (UTC +04:00)

İranda ötən sutka ərzində 386 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 34864 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7820 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 612772 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR