İranda son sutkada COVID-19-dan 217 nəfər vəfat edib

İranda son sutkada COVID-19-dan 217  nəfər vəfat edib
# 20 iyul 2020 13:53 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 217 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 14 405 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 414 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 276 202 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 175 217 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 583 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR