İranda son sutkada koronavirusdan 335 nəfər ölüb

İranda son sutkada koronavirusdan 335 nəfər ölüb
# 23 oktyabr 2020 14:51 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 335 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 31 985 nəfərə yüksəlib.

Ölkədə son 24 saat ərzində 6 134 nəfər koronavirusa yoluxub. İranda indiyədək COVID-19-a yoluxanların sayı 556 891 nəfərə çatıb.

İndiyədək 446 685 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcısı olan 4 933 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR