İranda son sutkada koronavirusdan 55 nəfər ölüb

İranda son sutkada koronavirusdan 55 nəfər ölüb
# 08 may 2020 13:36 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 55 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6541 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 1556 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 104 691 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 83 837 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR