İranda sərnişin təyyarəsi ilə bağlı daha bir insident baş verib

İranda sərnişin təyyarəsi ilə bağlı daha bir insident baş verib
# 27 yanvar 2020 10:39 (UTC +04:00)

İranın Mahşəhr şəhər hava limanında təyyarə eniş edərkən zolaqdan kənara çıxıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

İranın “Kaspian” hava yolları şirkətinə məxsus, Tehrandan Mahşəhər şəhərinə uçan təyyarə texniki nasazlıq səbəbindən eniş zamanı zolaqdan çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alanlar var. Lakin təyyarədə neçə sərnişin olduğu, neçə nəfərin xəsarət aldığı açıqlanmayıb.

Qeyd edək ki, son günlər İranda sərnişin təyyarələri ilə əlaqəli bir neçə həyəcanlı hadisələr baş verib. Belə ki, yanvarın 25-də İranın “Iran Air Tour” aviaşirkətinə məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş etməli olub. İmam Xomeyni adına hava limanının idarəetmə şirkətinin mətbuat katibi Əli Kaşani bildirib ki, Tehran - İstanbul marşrutu üzrə hərəkət edən təyyarə hava limanından qalxıb, ancaq texniki nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub.

Növbəti insident isə yanvarın 26-da qeydə alınıb. Ölkənin şimalındakı Qorqan şəhərindən Tehrana uçan təyyarənin mühərrikində yanğın başlayıb. Pilot təyyarəni aeroporta endirməyi bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR