İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb

İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb
# 20 iyun 2020 13:54 (UTC +04:00)

İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhani COVID-19 pandemiyası ilə mübarizə komitəsində çıxışı zamanı bildirib ki, ölkədə yeni tədris ili sentyabrın 5-də başlayacaq.

Həsən Ruhani İran xalqının, tibb işçilərinin və bütün səlahiyyətli şəxslərin qarşıdakı 123 gündə virusa qarşı böyük bir kampaniya aparmalı olduqlarını deyib.

İranın dövlət başçısı virusa qarşı peyvəndin və effektiv müalicənin olmadığını bildirib.

“Özümüzü uzunmüddətli mübarizəyə hazırlayacağıq”, - deyə o vurğulayıb.

İran prezidenti vətəndaşları sosial məsafə saxlamağa, şəxsi gigiyena qaydalarına əməl etməyə və tibbi maskadan istifadə etməyə çağırıb.

H. Ruhani bildirib ki, bəzi sahələrdə tibbi maskadan istifadə ​məcburi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR