İranda yol qəzasında 20 nəfər ölüb, 23 nəfər yaralanıb

İranda yol qəzasında 20 nəfər ölüb, 23 nəfər yaralanıb
# 09 yanvar 2020 10:21 (UTC +04:00)

İranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın İran dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, qəza Mazandaran əyalətində qeydə alınıb.

Hərəkətdə olan Tehran-Kunbed istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR