İranda yol qəzasında 9 nəfər ölüb, 19 nəfər yaralanıb

İranda yol qəzasında 9 nəfər ölüb, 19 nəfər yaralanıb
# 28 yanvar 2020 10:49 (UTC +04:00)

İranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Tehran bürosunun xəbərinə görə, qəza bu gün Mübarəkə şəhərində qeydə alınıb.

Belə ki, İsfahandan Şiraz istiqamətində hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR