İranda yük maşınlarının dayanacağında yanğın baş verib - VİDEO

İranda yük maşınlarının dayanacağında yanğın baş verib - VİDEO
# 28 iyul 2020 12:00 (UTC +04:00)

İranın Kirmanşah şəhərinin Dövlətabad sənaye şəhərciyində ağır tonnajlı yük maşınlarının dayanacağında güclü yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın benzin daşıyan yük maşınlarının birində başlayıb və daha sonra partlayış baş verib.

Yanğın digər yük maşınlarına da keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Hadisə nəticəsində xəsarət alan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR