İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
# 18 aprel 2021 11:41 (UTC +04:00)

İranın cənub bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR