İranda zəruri yerlərdə tibbi maskadan istifadə ilə bağlı qaydalar hazırlanır

İranda zəruri yerlərdə tibbi maskadan istifadə ilə bağlı qaydalar hazırlanır
# 25 iyun 2020 16:00 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani ölkədə koronavirus pandemiyasının yeni mərhələsinin başladığını və bu mərhələdə tibbi maskadan istifadənin zəruriliyindən danışıb.

APA-nın Tehran bürosunun məlumatına görə, H. Ruhani bildirib ki, ölkədə koronavirus pandemiyasının yeni mərhələsi başlamaq üzrədir.

“Bu mərhələdə tibbi maskadan istifadə zəruridir. Zəruri olan yerlərdə tibbi maskadan istifadə ilə bağlı xüsusi göstəriş hazırlanır. Eləcə də əhalinin tibbi maskanı rahat əldə etməsi üçün tədbirlər görülür”, - deyə o vurğulayıb.

H. Ruhani deyib ki, son həftələr virusun yayılma sürəti bəzi şəhərlərdə artsa da ümumilikdə ölkə üzrə virusa yoluxma halları azalıb.

İran Prezidenti bəzi ölkələrdə tibbi maskadan istifadə etməməyə görə cərimələrin tətbiq olunduğunu xatırladıb: “Ümid edirəm ki, əhali tibbi maskalardan istifadə ilə bağlı göstərişə əməl edəcək, cərimələrin və sərt cəzaların tətbiqinə ehtiyac qalmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR