İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti koronavirusa yoluxub

İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti koronavirusa yoluxub
# 13 mart 2020 10:23 (UTC +04:00)

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gün Ə. Vilayətidə koronavirusun əlamətləri müşahidə olunub və o, karantinə alınıb.

Ev şəraitində müalicə olunan Ə. Vilayəti özünü yaxşı hiss edir.

Qeyd edək ki, koronavirus artıq İranın bütün vilayətlərinə yayılıb. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, virusa yoluxanların sayı 10 mini, ölənlərin sayı isə 400 nəfəri ötüb.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi koronavirusun İrana qarşı istifadə edilən bioloji silah ola biləcəyi ehtimalını irəli sürüb və Silahlı Qüvvələrin Baş Qərargahına xüsusi mərkəzin yaradılması tapşırığını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR