İranın Ali lideri qarşıdan gələn prezident seçkiləri ilə bağlı xalqa müraciət edib

İranın Ali lideri qarşıdan gələn prezident seçkiləri ilə bağlı xalqa müraciət edib
# 02 may 2021 23:08 (UTC +04:00)

Bu gün İranın Ali lideri Əli Xamenei qarşıdan gələn prezident seçkiləri ilə bağlı xalqa müraciət edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında bildirib ki, seçkilər sözün əsl mənasında mühüm bir fürsətdir.

"Xalqı seçkilərdən məyus etmək yanlışdır. Aldadıcı vədlər verilməməli və namizədlər öz platformalarını təqdim etməlidirlər. Seçkilər dövlətçiliyimizin təməllərini möhkəmləndirir", deyə Ali lider vurğulayıb.

O qeyd edib ki, xalq seçkiyə gələrsə, heç bir güc ölkəni tərpədə bilməz: "Seçkidə iştirak edən vətəndaş əslində ölkənin və gələcəyin taleyini düşünür. Bu səbəbdən kimsə seçkilərin əhəmiyyətini şübhə altına almamalıdır. Əmanətə xəyanət ötən heç bir seçkidə mütləq baş verməyib. Buna görə də yalan yerə ittiham etmək əxlaqa ziddir, iğtişaş isə cinayətdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR