İranın Atom Enerjisi Təşkilatının sözçüsü Nətənz nüvə mərkəzində xəsarət alıb

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Nətənz nüvə mərkəzində xəsarət alıb
# 12 aprel 2021 01:58 (UTC +04:00)

İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bazar günü səhər saatlarında qəza baş verən Nətənz nüvə mərkəzini ziyarət edərkən xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran dövlət teleyayım agentliyi məlumat yayıb.

“İranın Atom Enerjisi Təşkilatının rəsmi spikeri Bəhruz Kamalvəndi bu səhər təxribat törədilmiş Nətənz nüvə mərkəzinə ezam olunan zaman hadisə yaşandı”, - deyə agentlik bildirib.

Dövlət KİV-in yazdığına görə, hadisə nəticəsində Kamalvəndi sınıq xəsarəti alıb, vəziyyəti hazırda sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR