İranın “Dehloran” Neft Şirkətinin 41 işçisi zəhərlənib.
APA-nın Tehran bürosunun məlumatına görə, onların yeməkdən zəhərləndiyi bildirilir.
Zəhərlənən işçilərdən 21 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.