İranın azərbaycanlılar yaşayan Zəncan əyalətində koronovirus sürətlə yayılır

İranın azərbaycanlılar yaşayan Zəncan əyalətində koronovirus sürətlə yayılır
# 14 sentyabr 2020 12:35 (UTC +04:00)

İranın azərbaycanlılar yaşayan Zəncan əyalətinin bütün şəhər və rayonlarında koronovirus sürətlə yayılır. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Zəncan Tibb Elmləri Universitetinin prorektoru Məhəmmədrza Saini deyib. 

O bildirib ki, koronavirusun yayılmağa başladığı vaxtdan bəri əyalətin xəstəxanalarında 10498 nəfər xəstəxanaya yerləşdirilib və onlardan 3459 nəfərin, yəni 33 %-nin koronavirus testi müsbət çıxıb.

M. Saini Koronavirusun Profilaktikası və Mübarizə Qərargahının əyalət üzrə keçirilən iclasında deyib ki, əyalət üzrə koronavirusun yayılmasından bəri 84689 nəfər Covid-19 mərkəzlərinə müraciət edərək ambulator müalicə alıb: "Bu müddətdə əyalət üzrə təxminən 46723 nəfərdən ambulator şəraitdə koronavirusa görə analiz götürülüb ki, onlardan 14247 nəfərin, yəni müraciət edənlərin 30%-nin Covid-19 testi müsbət çıxıb. Mövcud əlamətlər əyalətin bütün şəhər və rayonlarında xəstəliyin artdığını göstərir, bu, xüsusilə Əbhər, Xürrəmdərə, Zəncan və Soltaniyə rayonlarında özünü biruzə verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR