İranın Əhvaz şəhərində partlayış olub, 3 nəfər ölüb

İranın Əhvaz şəhərində partlayış olub, 3 nəfər ölüb
# 11 oktyabr 2020 15:27 (UTC +04:00)

İranın Əhvaz şəhərində partlayış baş verib, 3 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayış Əhvaz şəhərinin Amiri bazarı yaxınlığında yerləşən 2 mərtəbəli evdə qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Dağıntılar arasında qalanların olduğu bildirilir.

Axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR