İranın iki əyalətində terror qruplaşması zərərsizləşdirilib

İranın iki əyalətində terror qruplaşması zərərsizləşdirilib
# 24 aprel 2021 14:46 (UTC +04:00)

İranın Sistan və Bəluçistan əyalətlərində terror qruplaşması zərərsizləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Qərargahının mətbuat xidməti xəbər verir.

Məlumata görə, terror qruplaşmaları bölgədə terror hadisəsi keçirmək niyyətində olub. Təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində qruplaşma zərərsizləşdirilib.

Məlumatda bildirilir ki, əməliyyat zamanı 3 terrorçu öldürülüb, qruplaşmadan çox sayda silah-sursat və partlayıcı maddə müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR