İranın təhlükəsizlik naziri koronavirusa yoluxub

İranın təhlükəsizlik naziri koronavirusa yoluxub
# 19 aprel 2021 19:39 (UTC +04:00)

İranın təhlükəsizlik naziri Mahmud Ələvi koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, o, artıq bir həftədir ki, ev şəraitində karantinə alınıb.

Məlumata görə, nazirin səhhəti qənaətbəxşdir.

Qeyd edək ki, ötən il nazir Mahmud Ələvinin atası koronavirusdan vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR