İraq Prezidenti istefa verməyə hazır olduğunu bildirib

İraq Prezidenti istefa verməyə hazır olduğunu bildirib
# 26 dekabr 2019 17:13 (UTC +04:00)

İraq Prezidenti Bərham Saleh parlamentdə İran tərəfindən dəstəklənən blokun Baş Nazir vəzifəsinə irəli sürdüyü namizədi təsdiqləməkdən imtina edib.

APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, o, etirazçıların rədd etdiyi birini Baş Nazir təyin etməkdənsə, istefa verməyə hazır olduğunu bildirib.

B. Saleh qeyd edib ki, İraq konstitusiyasına görə Prezidentin Baş Nazir postuna irəli sürülən namizədləri rədd etmək hüququ yoxdur və buna görə də o, öz istefasını parlamentə təqdim etməyə hazırdır.

Xatırladaq ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik, korrupsiyaya qarşı oktyabrın 1-dən etibarən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib. Ölkənin Baş Naziri Adel Abdul Məhdi istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR