İraqda ABŞ hərbçilərinin də xidmət keçdiyi hərbi bazaya 5 raket atılıb, 4 hərbçi xəsarət alıb

İraqda ABŞ hərbçilərinin də xidmət keçdiyi hərbi bazaya 5 raket atılıb, 4 hərbçi xəsarət alıb
# 13 yanvar 2020 01:14 (UTC +04:00)

İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbədən məlumat verilib.

Atəş zamanı 4 İraq hərbçisinin yaralandığı bildirilib.

Qeyd edilib ki, ABŞ hərbi kontingentinin də olduğu "Balad" hərbi bazasına naməlum mənbədən alınan “Katyusha” qurğularından 5 raket atılıb. Yaralananlardan 2-si zabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR