İraqda “Reuters”in fəaliyyətinə qadağa qoyulub

İraqda “Reuters”in fəaliyyətinə qadağa qoyulub
# 03 aprel 2020 12:47 (UTC +04:00)

İraq hökuməti “Reuters” xəbər agentliyinin ölkə ərazisində fəaliyyətinə qadağa qoyub.

APA xəbər verir ki, buna səbəb agentliyin ölkədə koronavirusa (COVID-19) yoluxanların sayının rəsmi açıqlamadakı saydan daha çox olması ilə bağlı informasiya yayması göstərilib. Qadağanın üç ay müddətinə qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, agentlik İraq, Suriya və Livanda koronavirusla bağlı real vəziyyətin rəsmi açıqlamalardan kəskin fərqləndiyini, İraq hökumətinin ölkədə təşvişin qarşısını almaq məqsədi ilə həqiqi rəqəmləri açıqlamadığı barədə məlumat yayıb.

Hazırda İraqda 772 nəfərin yeni növ koronavirusa yoluxduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR