İraqın Baş Naziri ABŞ səfiri ilə görüşüb

İraqın Baş Naziri ABŞ səfiri ilə görüşüb
# 06 yanvar 2020 23:50 (UTC +04:00)

İraqın Baş Naziri Adel Abdel Mehdi ABŞ-n bu ölkədəki səfiri Metyu Tueller ilə görüşüb.

APA-nn "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin mətbuat xidməti açıqlama yayb.

Görüşdə Baş Nazir İraq parlamentinin xarici qoşunların çıxarılması ilə bağlı qərarının icrası üçün ABŞ və İraqın birgə işləməli olduğunu deyib.

"Baş nazir İraq parlamentinin qətnaməsinə uyğun olaraq xarici qoşunların çıxarılmasını həyata keçirmək və ABŞ ilə münasibətləri lazımi təməl üzərində qurmaq üçün qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. Vəziyyətin hazırda nə dərəcədə təhlükəli olduğunu və bunun mümkün nəticələrini diqqətə çatdıran Baş Nazir əlavə edib ki, İraq vəziyyətin açıq müharibəyə keçməsinin qarşısını almaq üçün əlindən gələni edir" - deyə, mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR