İraqın sabiq baş naziri İrana səfər edib

İraqın sabiq baş naziri İrana səfər edib
# 14 sentyabr 2020 11:14 (UTC +04:00)

İraqın sabiq baş naziri Nuri əl-Maliki İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, İraq parlamentində “Qanunun aliliyi” Koalisiyasının sədri Nuri əl-Malikinin səfəri zamanı İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşü və məsləhətləşmələr aparması planlaşdırılır.

Səfərin təfərrüatları və Nuri əl-Malikinin Tehrana səfəri zamanı aparacağı danışıqların əsas mövzusu açıqlanmır.

N. əl-Maliki şiə siyasətçi və İraqın “Dəvət” partiyasının lideridir. O, 2006-2014-cü illərdə İraqın baş naziri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR