İsrail "HAMAS" qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib

İsrail "HAMAS" qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib
# 17 yanvar 2020 07:18 (UTC +04:00)

İsrail hərbiçiləri partlayıcı maddələrlə şarların atılmasına cavab olaraq "HAMAS" qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində Qəzza zolağından İsrail ərazisinə partlayıcı şarlar atılıb. Buna cavab olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş helikopterləri Qəzza zolağının şimalında yerləşən "HAMAS" mövqelərinə hücum edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İsrail tərəfi çərşənbə günü də "HAMAS"-ın Qəzza zolağındakı mövqelərinə analoji hücumlar edib. Bu hücum "HAMAS"-ın İsrail tərəfə dörd raket mərmisi atmasına cavab olaraq həyata keçirilib. Mərmilərdən ikisinin "Dəmir günbəz" müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR