İsrail Qəzzadakı Həmasın döyüş postuna hava zərbələri endirib

İsrail Qəzzadakı Həmasın döyüş postuna hava zərbələri endirib
# 27 yanvar 2020 06:10 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlardan bazar günü Qəzza zolağının cənubunda yerləşən Həmasın döyüş postuna hava zərbələri endirilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hava zərbələri Həmas tərəfindən İsrail ərazisinə atılan raketlərə cavab olaraq endirilib.

İsrailin Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, yanvarın 26-da İsrail ərazisinə Qəzza zolağından raketlər atılıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri dronlardan Qəzzə zolağının cənubundakı Həmas döyüş postuna zərbə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR