İsrail parlamenti BƏƏ ilə sülh sazişini təsdiqləyib

İsrail parlamenti BƏƏ ilə sülh sazişini təsdiqləyib
# 16 oktyabr 2020 07:26 (UTC +04:00)

İsrail Knesseti (parlament) ölkənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətləri normallaşdırmaq barədə 15 sentyabrda Vaşinqtonda imzaladığı müqaviləni təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, birpalatalı parlamentin 120 deputatından 80-i BƏƏ ilə sülh sazişini dəstəkləyib, 13-ü əleyhinə çıxıb. Knessetdə təsdiqləndikdən sonra sənəd yekun qərar üçün İsrail hökumətinə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR