İsrail təyyarələri HƏMAS-ın Qəzzadakı mövqelərini atəşə tutub

İsrail təyyarələri HƏMAS-ın Qəzzadakı mövqelərini atəşə tutub
# 30 yanvar 2020 05:27 (UTC +04:00)

İsrail qırıcıları və PUA-ları ölkə ərazisinə raket atılmasına cavab olaraq Qəzza zolağının cənubundakı Fələstin HƏMAS hərəkatının bir neçə mövqelərinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Daha əvvəl Qəzzadan İsrail ərazisinə bir raket atılıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz uçan aparatları Qəzzanın cənub hissəsindəki bir sıra HƏMAS terrorçu hədəflərinə hücum edib. Hədəflər arasında silah anbarı və yeraltı hərbi obyekt də var”, - deyə məlumatda qeyd edilib.

“Qəzza zolağında baş verən hər hansı bir hadisəyə görə məsuliyyəti HƏMAS daşıyır və İsrail vətəndaşlarına qarşı etdiyi hücumların cavabları ilə üzləşəcək”, - deyə mətbuat xidməti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR