İsraildə 16 mindən çox insan koronavirusdan müalicə olunub

İsraildə 16 mindən çox insan koronavirusdan müalicə olunub
# 26 iyun 2020 01:41 (UTC +04:00)

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 668 nəfər artaraq ümumilikdə 22 400-ə çatıb. Həmçinin eyni diaqnozdan bir nəfər ölüb, ölənlərin ümumi sayı 309 nəfər olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 6084 koronaviruslu xəstə var, onlardan 47 nəfəri ağır vəziyyətdədir, daha 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 16 007 nəfər müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR